01 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qazimiz Şuşada atasının şəhid olduğu məkanı ziyarət etdi

18.08.2021

Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) zabiti, qazi kapitan Polad Rzayev 29 illik ayrılıqdan sonra Şuşada atasının şəhid olduğu məkanı ilk dəfə ziyarət edib.

Şuşa Şəhər Dövlət Qoruğu İdarəsindən verilən məlumata görə, İkinci Qarabağ müharibəsi zamanı xüsusi şücaət göstərən, Murov dağı, Füzuli, Cəbrayıl və Qubadlı istiqamətlərində gedən döyüşlərdə iştirak edən Polad Rzayev atası Tofiq Oğuzun 29 il sonra "Tar Sexi" adlanan ərazidə şəhadətə ucaldığı məkanı görmək imkanı qazanıb.

Xatırladaq ki, Tofiq Oğuz əfsanəvi "Qarabağ" batalyonunun komandiri olub.