04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kabildə yalnız üç ölkənin səfirliyi qalıb

17.08.2021

Əfqanıstanın paytaxtı Kabildə yalnız üç dövlətin səfirliyi qalıb - Rusiya, Çin və Pakistan.

Bu barədə BBC məlumat yayıb.

Rusiya səfirlik işçilərini yalnız qismən təxliyə edəcəyini bildirib. Xüsusilə, Rusiya səfiri Dmitri Jirnov diplomatik nümayəndəliklərin təhlükəsizlik məsələlərini müzakirə etmək üçün "Taliban” nümayəndələri ilə görüşməyi planlaşdırdığını açıqlayıb.

Öz növbəsində, Əfqanıstandakı Çin səfirliyi gələcək planlarını şərh etməsə də, yerli Çin sakinlərinə təhlükəsizlik məsələsinə diqqətlə yanaşmaları barədə xəbərdarlıq edib.

İndoneziya da ölkədə "kiçik diplomatik missiya” saxlayacağını, lakin səfirliyini təxliyə edəcəyini bildirib.

Kabildəki səfirliyini təxliyə edən son ölkə Hindistan olub. Xüsusi reyslə ölkənin səfiri və digər əməkdaşlar Hindistana qayıdıb.