04 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Prezident Kəlbəcərdəki hərbi hissədə yaradılan şəraitlə tanış oldu

17.08.2021

Prezident, Ali Baş Komandan İlham Əliyev Kəlbəcər şəhərindəki N saylı hərbi hissəyə gedib.

Quru qoşunları komandanı general-mayor Ənvər Əfəndiyev Ali Baş Komandan İlham Əliyevə raport verib:

"Cənab Ali Baş Komandan quru qoşunlarının əməliyyat şəraitində dəyişiklik olmayıb, hadisə baş verməyib”.

Prezident, Ali Baş Komandan hərbi hissədə yaradılan şəraitlə tanış olub.

Qeyd edək ki, burada hərbi qulluqçuların xidməti yüksək səviyyədə aparması üçün hər cür şərait yaradılıb. Bu da hərbi qulluqçularımıza Vətənin keşiyində hər zaman ayıq-sayıq durmağa, onu düşməndən layiqincə müdafiə etməyə imkan verir.