04 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şəhid Xudayarın medalları ailəsinə təqdim olundu

17.08.2021

14-16 avqust tarixlərində Dövlət Sərhəd Xidmətinin (DSX) rəhbər vəzifəli şəxsləri tərəfindən şəhid sərhədçilərin ailələrinə və Vətən müharibəsinin qazilərinə baş çəkilib.

DSX-dən verilən məlumata görə, torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda qazilərimizin və şəhidlərimizin rəşadət və qəhrəmanlıq salnaməsi yazdıqları barədə danışılıb, onların Vətən yolunda bizə qələbə sevincini yaşadan fədakarlığının yaddaşlardan silinmə­yəcəyi vurğulanıb.

Ziyarətlər zamanı Dövlət Sərhəd Xidmətinin 47 nəfər şəhid hərbi qulluqçusunun Azərbaycan Respublikası Prezidentinin Sərən­cam­ları ilə ölümlərindən sonra təltif edildikləri orden və medallar ailə üzvlərinə təqdim olunub, həmçinin qazilərimizin dövlət təltifləri onlara verilib.

Qeyd edək ki, medal təqdim edilən şəhid ailələri arasında Vətən müharibəsinin şəhidi, "Vətən yaxşıdır” mahnısı ilə könüllərdə taxt quran Xudayar Yusifzadənin ailəsi də var. Gizir Yusifzadənin medalları anası Radə Yusifzadəyə təqdim edilib.

Şəhidlərin ailə üzvləri və qazilər göstərilən diqqət və qayğıya görə minnətdarlıq bildiriblər.