09 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Köpək balığı dayverə hücum etdi - VİDEO

12.08.2018

Rusiyanın Primorski diyarı sahillərində keçirilən sualtı ov çempionatının iştirakçısına köpək balığı hücum edib.
"Dövran Media" xəbər verir ki, hadisə Böyük Pyotr körfəzindəki Jeltuxin adası yaxınlığında lakedra balığı ovlayan zamanı baş verib.
Dayver üzərindəki silahla balığı vurub, lakin onu köpək balığı götürmək istəyib. Yırtıcı idmançını kürəyindən dişləsə də, kişi xəsarət almayıb.
"O kömək çağırdı, kater yaxınlaşdı, yalnız bundan sonra köpək balığı uzaqlaşdı", - deyə vilayətin Sualtı İdman Federasiyasının prezidenti Dmitri Anaşkin bildirib.
Onun sözlərinə görə, bu, 2,5 metr uzunluğunda siyənək köpək balığı olub.