04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Prezidentdən Kəlbəcər açıqlaması

17.08.2021

"Yolumuz işğaldan azad edilmiş Kəlbəcərədir. Ömər Aşırımından keçərək Kəlbəcərə gedirik. Bu yol son bir neçə ay ərzində genişləndirildi. Çünki bu yol demək olar ki, keçilməz idi. İndi yol boyunca tuneller tikilir. Tuneller tikildikdən sonra gediş-gəliş çox rahat olacaq. Amma hələlik biz bu yoldan istifadə edirik. Bu gözəl mənzərələr göz oxşayır. İndi Kəlbəcərin mənzərələri daha da gözəldir. Yolumuza davam edirik”.

Bu sözləri Prezident İlham Əliyev Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı deyib.

"Bu aşırımın hündür hissəsində dayanaraq bir daha Azərbaycan xalqını tarixi zəfər münasibətilə təbrik etmək istəyirəm. Müharibədən sonra Kəlbəcərə ilk səfərim olacaq. Bir neçə tədbir nəzərdə tutulur. Kəlbəcərin bərpası, yenidən qurulması prosesinə start veriləcəkdir. Qarabağ və Şərqi Zəngəzur Azərbaycandır!” - deyə dövlət başçısı qeyd edib.