29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İlham Əliyev və Mehriban Əliyevanın Kəlbəcər və Laçına səfəri

17.08.2021

Azərbaycan Respublikasının Preziden İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyeva avqustun 16-da Kəlbəcər və Laçın rayonlarında səfərdə olublar.

Dövlətimizin başçısı və Birinci vitse-prezident Toğanalı - Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq tunelin təməlini qoyub, Kəlbəcər Kiçik Su Elektrik Yarımstansiyasında görülən işlərlə tanış olublar.

Daha sonra 110/35/10 kilovoltluq "Kəlbəcər” yarımstansiyasının açılışını ediblər.
Səfər çərçivəsində dövlətimizin başçısı Kəlbəcər - Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin və Laçın Beynəlxalq Hava Limanının təməlini qoyub.

Daha sonra Prezident İlham Əliyev Kəlbəcər şəhərində dövlət bayrağını ucaldıb və burada çıxış edib.

Sonra Prezident İlham Əliyev Kəlbəcər şəhərindəki N saylı hərbi hissədə yaradılan şəraitlə tanış olub. Kəlbəcərə səfəri zamanı dövlətimizin başçısı "İstisu” sanatoriyasında da olub, Kəlbəcər-Laçın rayonunun Minkənd yolunun çəkilməsi işlərinə baxıb.