25 08 2025-cu il Bakı 28 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

ABŞ-dan Əfqanıstana YARDIM

17.08.2021

ABŞ Prezidenti Cozef Bayden Əfqanıstandan olan qaçqınlara yardım üçün 500 milyon dollar vəsaitin ayrılması haqqında fərman imzalayıb.

Xəbəri Ağ Evin mətbuat xidməti yayıb.

Qeyd olunur ki, vəsait Əfqanıstanda yaranmış vəziyyət nəticəsində qaçqın və məcburi köçkün düşmüş şəxslərin zəruri ehtiyaclarının təmin edilməsinə yönəldiləcək.

Pul həmçinin ABŞ-a viza və miqrasiya üçün müraciət edən əfqanların sənədlərinin rəsmiləşdirilməsinə xərclənəcək.

Bundan əlavə, Pentaqon qaçqınların təxliyəsi üçün yaxın vaxtlarda daha minə yaxın ABŞ əsgərinin Kabil hava limanına enəcəyini bəyan edib.

Bundan əvvəl isə qeyd olunan məqsədlə Əfqanıstana 2 500 hərbçi göndərilmişdi. Onlar hazırda Kabil hava limanında xidmət aparırlar.