29 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu gün Azərbaycan Kinosu Günüdür

02.08.2021

2 avqust Azərbaycan Kinosu Günüdür.

Mədəniyyət Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, 123 illiyini qeyd edən Azərbaycan kinosu keşməkeşli və şərəfli ömür yolu keçib.

1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı "Bibiheybətdə neft fontanı yanğını”, "Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, "Qafqaz rəqsi” xronikal sənədli və "İlişdin” adlı bədii süjetlərini nümayiş etdirmişdi. Həmin gün milli kinonun yaranma tarixi sayılır.

Bu illər ərzində ölkəmizin, xalqımızın həyatının müxtəlif sahələrinə həsr edilmiş süjet xətti zəngin və unudulmaz filmlər çəkilib.