25 08 2025-cu il Bakı 27 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

“Bizə barmaq silkələyənləri peşman edəcəyik” - Ərdoğan

11.08.2018

"Türkiyə ən böyük ticarət tərəfdaşları ilə alış-verişi milli valyutası ilə edəcək. Çin, Rusiya, İran, Ukrayna kimi ölkələrlə ticarəti milli valyutamızla aparmağa hazırlaşırıq”. 
"Dövran Media" Türkiyə mediasına istinadən xəbər verir ki, bunu prezident Rəcəb Tayyib Ərdoğan Rizədə çıxışı zamanı bildirib.
Prezident dollar təzyiqindən əziyyət çəkən Avropa ölkələri ilə də bu addımı atmağa hazır olduqlarını vurğulayıb: "Avropa ölkələri də dollar təzyiqindən qurtulmaq istəyirsə, onlarla da bənzər sistemi qurmağa hazırıq. Dünyanı iqtisadi müharibə elan edən, sanksiya hədələri ilə ölkələri asılı saxlayan bu quruluşu əsla qəbul etmirik. Biz bu günlərə millətimizlə birgə gəlib çıxdıq. Bizim böhrandan çıxış metodumuz budur. Müdafiə sənayesində, ixracatda bu sistemi tətbiq etdik. Digər sahələrdə də bunu edəcəyik. Bizə barmaq silkələyənləri peşman edəcəyik”.