29 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ÜST-dən koronavirusun dördüncü dalğası barədə AÇIQLAMA

30.07.2021

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Yaxın Şərqdə və Şimali Afrikada koronavirusun dördüncü dalğasını qeydə alıb.

Bu barədə "İnterfax” xəbər yayıb.

"Yeni yoluxma hallarının və xəstəxanaya yerləşdirilən xəstələrin əksəriyyəti peyvənd olunmamış insanlardandır. İndi bölgədə COVID-19-un dördüncü dalğası qeydə alınır”, - deyə ÜST-nin Şərqi Aralıq dənizi Ofisinin rəhbəri Əhməd əl-Mandhari bildirib.

Onun sözlərinə görə, bu bölgədə koronavirusun "Delta” ştammına daha çox yoluxma qeydə alınıb. Bu ştammla yoluxma halı Mərakeşdən Pakistana qədər Yaxın Şərq və Şimali Afrika bölgəsindəki 15 ölkədə müəyyən edilib.