29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyədəki yanğında azərbaycanlıların olub-olmamasına XİN-dən REAKSİYA

30.07.2021

Son məlumatlara əsasən, Türkiyənin turizm zonalarındakı meşə yanğınlarında azərbaycanlılar arasında həlak olan və xəsarət alanlar yoxdur.

Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, XİN-ə hər hansı azərbaycanlının ölümü və ya xəsarət alması barədə məlumat daxil olmayıb.

Türkiyənin Antalya şəhəri və ətraf ərazilərdə başlayan yanğın geniş əraziyə yayılıb və digər şəhərlərə keçib.

Meşə yanğınları nəticəsində dörd nəfər ölüb, xeyli heyvan tələf olub, onlarla ev, iaşə obyektləri yararsız vəziyyətə düşüb.