18 09 2025-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Çin iki və daha çox uşağa görə pul mükafatı verəcək

30.07.2021

Çinin Pançjihua şəhər rəhbərliyi ölkədə ilk olaraq, ailədəki ikinci və üçüncü uşağa görə subsidiya verilməsinə başlayıb.

DM xəbər verir ki, ödəniləcək məbləğ üç yaşadək olan körpələrə şamil edilir. Qərara görə, ailədə hər ikinci və üçüncü uşağa 500 yuan (131 manat) aylıq yardım veriləcək.

Bundan əlavə, uşağın dünyaya gəlişinədək onun anası hamilə qadınlar üçün olan bütün xidmətlərdən pulsuz istifadə edə biləcək.

Qeyd edək ki, sözügedən yeniliklər Çində doğumun kəskin azalması ilə bağlıdır. Yaxın zamanda təbii artımın stimullaşdırılması üzrə müvafiq tədbirlərin bütün ölkə miqyasında tətbiq ediləcəyi gözlənilir.