29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakı Bəyannaməsi Azərbaycan üçün nə ifadə edir? - ŞƏRH

29.07.2021

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın 30 illik işğaldan azad olunmuş, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində 15 iyun 2021-ci il tarixində birlikdə imzaladıqları tarixi Şuşa Bəyannaməsindən sonra Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrlərinin 27 iyul 2021-ci il tarixində Bakı şəhərində keçirilən üçtərəfli görüşündən sonra Bakı Bəyannaməsinin imzalanması yeni platformada çoxşaxəli fəaliyyəti özündə ehtiva edir.

O qeyd edib ki, Azərbaycan bütün dost dövlətlərlə dünyada və regionda sülhün, əmin-amanlığın, qarşılıqlı əməkdaşlığın tərəfdaşı olaraq bundan sonra da yeni reallıqlar çərçivəsində dostluğa sadiq qalaraq fəaliyyət göstərəcək.

Bu gün Azərbaycanın ərazi bütövlüyünün, onun suverenliyinin qorunmasında, habelə beynəlxalq hüquq və normaların təmin edilməsində yaxından iştirak edən dost dövlətlər hər zaman Azərbaycanın etibarına arxayın ola bilərlər.

Son olaraq bildirib ki, Bakı Bəyannaməsində qeyd olunan nəqliyyat, ticarət, enerji, xalqlar arasında təmas, təhsil, sosial, mədəniyyət, turizm, elm və rabitə texnologiyalarında regional müstəvidə daha yaxın əməkdaşlığın inkişaf etdirilməsi işində hökumətlərə ətraflı dəstək verilməsi dövlətlərin əhalisinin sosial rifahını daha da yaxşılaşdıracaqdır.