28 09 2021-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
28/09/2021
27/09/2021

ABŞ generalı Bakıya niyə gəlib? – ŞƏRH

29.07.2021

Azərbaycan ordusu NATO standartlarına keçidi sürətləndirməyi qarşıya məqsəd qoyub.

ABŞ-ın Oklahoma Ştatının Milli Qvardiyasının komandanı general-mayor Maykl Tompsonun başçılıq etdiyi nümayəndə heyəti Bakıdadır.

Tompson müdafiə naziri Zakir Həsənov və Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudovla görüşüb, ikitərəfli əlaqələr müzakirə edilib.

Oklahoma Milli Qvardiyası Quru Qoşunları və Hava Qüvvərindən ibarətdir. ABŞ-ın 50 ştatında fəaliyyət göstərir.

ABŞ da Milli Qvardiyanın fəaliyyəti və dövlət missiyası müsbət xarakterizə edilir.

İndi Azərbaycan tərəfi həmin komandanlığın təcrübələrini öyrənir və həmin iş prinsiplərini orduya tətbiq edəcəyi qətiləşir.

Azərbaycan Silahlı Qüvvələri ilə ABŞ Avropa Komandanlığı arasında hərbi əməkdaşlıq üzrə İş Planı mövcuddur, həmin sənəd 2007-ci ilin sentyabrında imzalanıb.

Amma görünür ki, İş Planının müddəalarından irəli gələn vəzifələrin icrasında problemlər var və ya icra vəziyyəti ürəkaçan deyil.

Tompson-Mahmudov görüşündə Ştatla tərəfdaşlıq proqramı əsasında Azərbaycan ordusunun və Oklahoma ştatının Milli Qvardiyasının müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığının yeni istiqamətləri müəyyən olunub, birgə layihələr müzakirə olunub.

Bildirək ki, Ştatla tərəfdaşlıq proqramı həmin İş Planında əksini tapıb. Bu proqram hərbçilər və mülki şəxslər, eləcə də mülki orqanlar arasında qarşılıqlı fəaliyyətdə tərəflərə təcrübə mübadiləsi imkanı yaradır.

Proqramın məqsədi mülki-hərbi əlaqələrin təkmilləşdirilməsindən, regional təhlükəsizlik sahəsində əməkdaşlıq səviyyəsinin yüksəldilməsindən, peşəkar çavuşların hazırlanmasından, ABŞ və NATO ilə qarşılıqlı uyğunluq səviyyəsinin artırılmasından ibarətdir.

Ştatla Tərəfdaşlıq Proqramındakı tədbirlər illik Hərbi Əlaqələr Planına tam olaraq daxil edilir.

Yəni, postmünaqişə dövründə həmin İş Planının icrası aktuallaşıb. Ona görə ki, bu, Azərbaycan ordusunun NATO standartlarına böyük miqyasda keçidi üçün lazımdır.

ABŞ-Azərbaycan illik hərbi əlaqələrində dinamika müşahidə ediləcək, çünki Bakı nəzəri deyil, praktiki müstəvidə iş ortaya qoymağı hədəfləyib.