29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanlı çoban itkin düşdü

29.07.2021

Gürcüstanın Kaxeti bölgəsinin Saqareco bələdiyyəsində 32 yaşlı çoban Comərd Əhmədov itkin düşüb.

DM Report-a istinadən xəbər verir ki, artıq beşinci gündür yaxınları onunla əlaqə saxlaya bilmirlər.

C.Əhmədov iyulun 25-də qoyun sürüsünü otarmaq üçün Tulari kəndindən Pşavi rayonu istiqamətində yola çıxıb və geri dönməyib.

Gürcüstanın Daxili İşlər Nazirliyində faktla bağlı azadlıqdan qanunsuz məhrum etmə maddəsi üzrə istintaq aparılır.

Çobanın axtarışları intensiv rejimdə davam etdirilir.