29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiyada çeçenlərlə özbəklər arasında kütləvi dava olub

29.07.2021

Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən "Belıye noçi”(Bəyaz gecələr) otelinin qarşısında kütləvi dava olub.

Bu barədə REN TV kanalı məlumat yayıb.

Kütləvi davada 300 nəfərin iştirak etdiyi bildirilir.

Hadisə iştirakçılarının əksəriyyətinin Özbəkistandan gələn miqrantlar və çeçen əsilli Rusiya vətəndaşları olduğu bildirilir.

Qeyd olunur ki, insident səhər saatlarında baş verib. Tərəflər arasında baş verən qarşıdurma nəticəsində xəsarət alanların olduğu bildirilir.

Son məlumata əsasən, polis 70 nəfəri saxlayıb. İnsidentin təfərrüatları araşdırılır.