27 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Cavid İsmayıl APA-dan GETDİ

29.07.2021

Tanınmış jurnalist "APA Group”dan ayrılır.

APA TV-nin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıl işdən ayrılmaq qərarına gəlib və bununla bağlı qurumun rəhbəri Vüsalə Mahirqızına ərizə ilə müraciət edib.

DM xəbər verir ki, o, bu barədə "Facebook" hesabında məlumat paylaşıb:

"Sabah APA TV-dən sonuncu məzuniyyətimə çıxıram, bu gün isə sonuncu iş günümdür burada. 29 yaşımda gəldiyim "APA Group”dan 44 yaşımda ayrılıram. Bu müddətdə Vesti.az istisna olmaqla media qrupa daxil olan bütün saytlarda çalışdım, üstəlik, televiziya təcrübəsini burada qazandım. Tarix üzrə fəlsəfə doktoru olmaq yolundakı bürokratik əngəlləri də "APA Group” rəhbərliyinin verdiyi icazələr sayəsində aşdım. "APA Group”un rəhbəri Vüsalə Mahirqızına etimadına və uzunmüddətli səmərəli əməkdaşlığa görə təşəkkürümü bildirirəm.

15 il ərzində bu kollektiv ikinci evimiz sayılsa da, əslində birinci evimizdən çox APA-nın ofisində olduq. Nurşən Quliyev başda olmaqla gözəl dostlar qazandıq. Sevincimizi bölüşdük, kədərimizə şərik olduq. Tarixi hadisələrə şahidlik edə-edə həm də onun xəbərini yazdıq, süjetini hazırladıq. Bu hadisələrin kulminasiyası isə Vətən Müharibəsi və Şuşa Zəfəri oldu.

İndiyə qədər çalışdığım bütün yerlərdən olduğu kimi, "APA Group”dan da halallaşaraq ayrılıram. Vacib olan insani münasibətləri qorumaqdır. İş bitər, dostluqlar bitməz!"

Qeyd edək ki, Cavid İsmayıl bu vəzifəyə 1 iyul 2018-ci ildə təyin edilmişdi.