28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şəntop Şuşaya getdi

29.07.2021

 Türkiyə Orta Asiyadakı bütün türk dövlətlərinin müstəqilliyini ilk tanıyan ölkələrdəndir. Eyni zamanda, həmin ölkələrlə ilk diplomatik əlaqələr quran, səfirliklər açan da biz olmuşuq. Hər zaman dostluq və qardaşlıq əlaqələrinin qurulması və gücləndirilməsi üçün bütün addımları atırıq.

DM Report-a istinadən xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop Şuşada jurnalistlərə açıqlamasında deyib.

TBMM sədri bildirib ki, Azərbaycan və Türkiyə arasındakı əlaqənin dünyada heç bir bənzəri yoxdur:

"Bunu mərhum ulu öndər Heydər Əliyev "bir millət, iki dövlət” kəlamı ilə çox gözəl ifadə edib. Təbii ki, bu fikrin təkcə şüardan ibarət olmadığını hamı gördü. Ən son 44 günlük Vətən müharibəsi dövründə Türkiyənin Azərbaycana göstərdiyi maddi və mənəvi dəstək həmin sözün gerçəkliyini bir daha sübut etmiş oldu. Təxminən bir ay əvvəl Şuşada Azərbaycan və Türkiyə prezidentlərinin imzaladığı Şuşa Bəyannaməsi dövlətlərarası əlaqəli çox yüksək nöqtəyə daşıdı”.