28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanlı siyasi fəallar həbs edildi

29.07.2021

 İranın paytaxtı Tehranın Əkbərabad bölgəsində yaşayan azərbaycanlı fəallar Babək Rzayi və Saleh İkrami həbs olunub.

DM xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

Onların hansı səbəbdən saxlanıldığı və hara aparıldığı dəqiq məlum deyil.

Ehtimal olunur ki, onlar ölkədə su qıtlığı və ictimai problemlərə görə başlanan etirazlara görə həbs olunub.