25 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Fransada ETİRAZ

29.07.2021

Fransanın paytaxtı Parisdə yüzlərlə insan sıx təhlükəsizlik tədbirləri altında Milli Məclisin qarşısında başlayan etiraz aksiyasına qatılıb.

"Anadolu” agentliyi xəbər verir ki, güclü yağış altında Dövlət Şurası binasına gedən nümayişçilər arasında bir qadın Azadlıq heykəli paltarları ilə diqqət çəkib.

Peyvənd tələbi və COVID pasportu əleyhdarları 31 iyulda ümumxalq nümayişləri keçirməyi planlaşdırırlar.

COVID-19-la mübarizə qanunu parlament tərəfindən 26 iyulda qəbul edilib.

Qanuna əsasən xəstəxana və qocalar evi işçiləri və yanğınsöndürənləri COVID-19-a qarşı məcburi peyvənd olunmalıdırlar. Müəyyən məkanlara girişə icazə üçün sənəd tələb edilir.

Ticarət mərkəzlərində COVID pasport tələbi olmasa da, sahibkarlara iş yerlərində bu tələbi rədd edən işçilərin maaşlarını kəsməsinə icazə verilir.