09 10 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

“Delta” ştammının yayıldığı ölkələrin sayı açıqlandı

28.07.2021

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun çox yoluxucu növü olan "Delta”nın yayıldığı ölkələrin sayını açıqlayıb.

TASS xəbər verir ki, bu ştammın yayıldığı ölkələrin sayı 20 iyuldan 27 iyul tarixinə qədər 124-dən 132-yə yüksəlib.

ÜST-ün həftəlik epidemioloji bülletenində qeyd edilir ki, həyəcan variantları kateqoriyasına daxil edilən dörd ştammın ("alfa”, "beta”, "qamma” və "delta”) coğrafiyası "genişlənəyə davam edir”.

Son bir həftə ərzində dünyada yoluxma səkkiz faiz artıb: 3,8 milyondan çox yeni koronavirus infeksiyası hadisəsi aşkar edilib. Eyni zamanda ölümlə nəticələnən hadisələrin sayı 21 % artıb və bunlardan 69 mindən çoxu bir həftə ərzində qeydə alınıb.