29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan, Türkiyə və Pakistan dövlət başçılarının üçtərəfli görüşü keçirilə bilər

28.07.2021

"Gələcəkdə Azərbaycan, Türkiyə və Pakistan dövlət başçılarının üçtərəfli görüşlərinin keçirilməsi mümkün ola bilər”.

DM xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop bu gün keçirilən mətbuat konfransında deyib.

"Üç ölkə arasında yalnız dövlətlərarası münasibətlər deyil, eləcə də xalqlar arası münasibətlər var", - deyə M.Şəntop bildirib.

TBMM sədri onu da əlavə edib ki, Ermənistanın son zamanlar Naxçıvan istiqamətində atəşkəsi pozması və mülki əhaliyə qarşı etdiyi hücumlar beynəlxalq arena üçün düşündürücü məsələ olmalıdır.