29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ortaq Türk ordusunun yaradılması üçün danışıqlar aparılır

28.07.2021

"Ortaq Türk ordusu yaradılması istiqamətində də bir sıra danışıqlar aparılır”.

DM xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop bu gün keçirilən mətbuat konfransında jurnalistin ortaq türk ordusunun yaranıb yaranmayacağına dair sualına cavab verərkən deyib.

O bildirib ki, anlaşmalar çərçivəsində iki ölkənin ortaq hərbi təlimləri keçirilir:

"Bütün bunlara rəğmən bizim əsas amalımız bir millət iki dövlətdir. Hər zaman da belə olaraq qalacaq. Bunun ətrafında da bir çox danışıqlar və anlaşmalar aparılıb”.