25 08 2025-cu il Bakı 26 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

“Sumqayıt”ın oyununa bütün biletlər bir günə satıldı

27.07.2021

Avropa Konfrans Liqasının II təsnifat mərhələsinin cavab matçı olan "Sumqayıt” – "Çukariçki” (Serbiya) oyunu üçün satışa çıxarılan bütün biletlər alınıb.

DM-in "Sumqayıt” klubdan əldə etdiyi məlumata görə, dünəndən qiyməti 2 manat olan 550 bilet satışa çıxarılıb.

Artıq həmin biletlər bir günə sumqayıtlı azarkeşlər tərəfindən alınıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq, stadionun tamaşaçı tutumunun 50 faizinə azarkeş buraxıla bilər.

Qeyd edək ki, bu matç Sumqayıtın 1300 tamaşaçı tutumuna malik olan "Kapital Bank Arena”sında keçiriləcək. İyulun 29-u saat 20:00-da başlayacaq matç İTV vasitəsilə canlı yayımlanacaq.

Xatırladaq ki, bir həftə əvvəl Belqradda keçirilmiş ilk matç qolsuz heç-heçə ilə başa çatıb.