İran Türkiyənin   müdafiəsinə qalxdı 
    
                          
     
                         11.08.2018
 
    
                        					İran xarici işlər naziri Məhəmməd Zərif ABŞ preizdneti Donald Trampın Türkiyə ilə bağlı qərarını utancverici adlandırıb.
"Dövran Media" yerli KİV-ə istinadən bildirir ki, M.Zərif bu barədə fikirlərini tvitter hesabında paylaşıb.
"Trampın NATO müttəfiqi Türkiyəni iqtisadi baxımdan çətin vəziyyətə salması utancvericidir. ABŞ sanksiyalardan əl çəkməli, təhdid siyasətinə son qoymalıdır. Əks təqdirsə, bütün dünya ona qarşı əməli addımlar atacaq. Biz bundan əvvəl də qonşularımızın yanındaydıq, indi də yanındayıq”.