Əfqanıstan ordusunun helikopteri VURULDU  
    
                          
     
                         27.07.2021
 
    
                        "Taliban” radikal hərəkatı Gilmend əyalətində Əfqanıstan Hərbi Hava Qüvvələrinə məxsus helikopteri vurduğunu açıqlayıb.
DM xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Zabiulla Mucahid "Twitter"də bildirib. Taliblər hücumlarda çox sayda əfqanın öldüyünü və yaralandığını, silah və sursat ələ keçirdiklərini də iddia edirlər.
Qeyd edək ki, bundan əvvəl Əfqanıstan ordusu "Taliban”a qarşı əməliyyat həyata keçirməsi və 187 silahlının məhv edilməsi barədə məlumat yayıb.