04 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Alimlərdən XƏBƏRDARLIQ

27.07.2021

Yer kürəsində havanın temperaturunun artımı sürətlənir, bu ona gətirib çıxaracaq ki, ən yaxın onilliklərdə uzun müddətli istilərin intensiv dövrləri müşahidə olunacaq.

DM "Report”a istinadən xəbər verir ki, bu barədə "Axios” Sürixin Ali Texniki Məktəbinin tədqiqatına istinadən bildirib. "Əsas fikir ondan ibarətdir ki, biz qarşıdakı onilliklərdə istilərin rekordlarını daha çox üstələyəcək rekord həddə hazırlaşmalıyıq", - tədqiqatın iştirakçısı Erik Fişer bildirib.

Alimlər tədqiqatın gedişatında həmçinin müəyyənləşdiriblər ki, qeyri-adi isti hava istixana qazlarının atmosferə buraxılması ilə bağlı ola bilər. Qazların buraxılması göstəriciləri nə qədər çox olsa, istilik dövrü o qədər çox ola bilər.

Tədqiqatçılar eləcə də qeyd ediblır ki, Yerdə orta illik hərarət hər onillik ərzində 0,18 dərəcə artır. Bu, əvvəlki 40 ildə müşahidə olunandan daha sürətlidir. Nəticələr alimlərin hesab etdiyi kimi, istixana qazlarının tullantılarını azaltmaq ehtiyacını göstərir.

Alimlər istixana qazlarının Yer kürəsinin iqlimini sürətlə dəyişdirdiyindən mövcud tədbirlərin yetərli olmayacağı fikrini də irəli sürüblər.