PKK-nın nüfuzlu üzvü məhv edildi 
    
                          
     
                         26.07.2021
 
    
                         Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) PKK-lı terrorçunu sərrast atışla vurub.
DM xəbər verir ki, o, PKK terror təşkilatının İraqın şimalındakı Hakurk bölgəsi üzrə məsul şəxsi olub. 
MİT-in apardığı əməliyyat nəticəsində, PKK terror təşkilatının "Hakurk logistik sahəsi müdiri" adlandırılan "Serdar Pir Avesta" kod adlı terrorçu Hakan Ateş öldürülüb.