Erməni rəis müavini güllələndi  
    
                          
     
                         26.07.2021
 
    
                        Stavropol Cinayət Axtarışı İdarəsinin rəis müavini, əslən erməni olan Ruslan Abovyanın qətlində ikinci şübhəli ortaya çıxıb.
DM xəbər verir ki, bu barədə RT məlumat yayıb.
İkinci şübhəli şəxs 1977-ci il təvəllüdlü Zaurbek Keniyevdir. Sözügedən şəxs axtarışa verilib.
Qeyd edək ki, ötən həftə Stavropolda çoxmərtəbəli binalardan birinin yaxınlığında naməlum şəxslər R.Abovyana atəş açıblar. R.Abovyan ümumilikdə 9 ədəd güllə yarası alıb. O, reanimasiyada ölüb.