09 10 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

"Son günlər yoluxma kəskin artır" - TƏBİB

26.07.2021

"Son günlər yeni yoluxmaların sayında kəskin artım müşahidə olunur".

DM xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın iyulun 26-da keçirilən brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, qeyri-iş günlərində bəzən yoluxma sayı aşağı düşür: "İyunun sonunda yoluxma bir faizdən aşağı idi. Bu, yaxşı göstərici idi. Lakin son günlər pozitiv nəticələrin sayı 5 %-ə yüksəlib. Yoluxma 30-39 yaş arasında yüksəkdir. Bölgələr arasında yoluxma halı yenə də Bakıda qeydə alınır. Binəqədidə bu hal qalır”.