09 10 2025-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Şikayəti olan “Azəriqaz” abonentlərinin NƏZƏRİNƏ

26.07.2021

Bütün bölgələrdə abonent müraciət qutularının quraşdırılmasına başlanılıb.

"Azəriqaz” İstehsalat Birliyindən verilən məlumatda bildirilir ki, bu üsul sosial şəbəkələrdən istifadə etməyən, ümumiyyətlə internet bağlantısı olmayan abonentlərin də müraciətlərini cavablandırmaq üçün tətbiq edilib.

Bu gündən etibarən bütün Regional qaz istismarı İdarələrinin və xidmət sahələrinin inzibati binalarının qarşısında müraciət qutularının quraşdırılmasına başlanılıb.

Belə ki, məktublar birliyin baş direktoru Ruslan Əliyevə çatdırılacaq. Bundan sonra isə həmin vətəndaşın probleminin həlli ilə bağlı rəhbərlik tərəfindən müvafiq göstərişlər veriləcək.