06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Operativ Qərargahdan açıqlama

26.07.2021

 Son günlər Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən açıqlanan rəsmi rəqəmlərdə yoluxma sayında artım müşahidə edilir. Sosial şəbəkələrdə, eləcə də insanlar arasında yayılmış şayiələrə görə, avqust-sentyabr aylarında yenidən qapanmalar, məhdudiyyətlər olacağı söyləntiləri var.

Məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, qərarlar bütün göstəricilər nəzərə alınaraq verilir:

"Yumşalmalardan sonra yoluxma sayında artım olması gözlənilən idi. Amma hazırda rəqəmlər narahatedici həddə deyil. Yoluxma sayı bu şəkildə davam edərsə sərt qapanmalara gedilməyəcək”.