30 07 2021-cu il Bakı 29 ℃
DM RADİO
Onlİne xəbər
30/07/2021
29/07/2021

İlham Əliyevlə Putinin görüşündə əsas məqsəd

21.07.2021

 "Azərbaycan və Rusiya prezidentləri arasındakı görüş müsbət atmosferdə keçdi”.

Bu fikri Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Rasim Musabəyov Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan görüşlə bağlı deyib.

Millət vəkilinin sözlərinə görə, prezidentlərin özlərinin çıxışlarını, onların görüş zamanı əhval-ruhiyyəsini, eləcə də mətbuata verilən açıqlamaları dəyərləndirsək, görüşün müsbət keçdiyini deyə bilərik:

"Biz görüş zamanı qarşılıqlı hörmət, olduqca nəzakətli və dostcasına münasibət müşahidə etdik. Bütün bunları nəzərə alsaq, görüş müsbət dəyərləndirilməlidir”.

Deputat görüşün əsasını təşkil edə biləcək məsələlərdən danışıb. O vurğulayıb ki, hazırda əsas məqsəd ilkin olaraq Zəngəzur dəhlizinin işə düşməsidir:

"Prezident İlham Əliyev region üzrə bütün nəqliyyat xətlərinin, o cümlədən, Zəngəzur dəhlizinin fəaliyyətə başlamalı olduğunu bildirmişdi. Bu layihənin 90 faizi Azərbaycan hesabına maliyyələşdirilir və həyata keçirilir. Layihənin Zəngəzurda olan hissəsini isə Rusiya Dəmir Yolları həyata keçirməlidir. Ermənistan tərəfi bütün bu tikinti işlərinə başlamadan öncə öz yüklərinin Gürcüstandan keçərək Rusiya və Mərkəzi Asiyaya daxil olmasını istəyirlər. Lakin, biz bunu etmirik. Qeyd etdiyim kimi, ilk növbədə region üzrə bütün dəhlizlərin açılmasını təmin edəcək qərarlar verilməlidir. Düşünürəm ki, Prezident İlham Əliyev bu məsələni Moskvada müzakirə edib”.

Rasim Musabəyov qeyd edib ki, dəhlizin işə düşməsi ilə bağlı ortaq qərardan sonra digər məsələlər də müzakirə oluna bilər.