29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qurbanlıq ət neçəyə satılır?

20.07.2021

 Qurbanlıq heyvanların sifarişlər əsasında çatdırılması prosesinə start verilib.

Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Qalib Bəhrəmov bildirib ki, hazırda aktiv çatdırılma xidməti həyata keçirilir, sifarişlərin ümumi həcmi barədə isə yekunda məlumat veriləcək.

Qalib Bəhrəmov əlavə edib ki, qurbanlıq ətin bir kiloqram üçün qiyməti 12,50 AZN təşkil edir, çəki dərəcələri isə dəyişir:

"Vətəndaşın cibinə uyğun olaraq 12-14, 15-17 və 18-21 kiloqramlıq qurbanlıq ət kateqoriyaları mövcuddur. Hər bir vətəndaşın tələbatına uyğun olaraq sifariş həyata keçirməsinə imkan yaradılıb. Qurbanlıq heyvan bölünməyib. Çatdırılması nəzərdə tutulan heyvan kəsilir, dərisi soyulur, təmizlənir və paketlənir”.

Qeyd edək ki, vətəndaşlar onlayn qaydada sifariş etdikləri qurbanlıqları Bakı, Abşeron və Sumqayıt ərazisində yeddi ünvandan götürə biləcəklər.

Xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən "Kənddən şəhərə” layihəsi çərçivəsində Qurban bayramı günlərində vətəndaşların seçim imkanlarını artırmaq, koronavirus pandemiyası zamanı vətəndaşların sıx toplaşmasının qarşısını almaq və onların sağlamlıqlarının qorunmasına xidmət etmək məqsədilə qurbanlıq qoyunların onlayn satış yarmarkası təşkil edib.