09 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ruhanidən Ərdoğana mesaj: Trampı peşman edəcəyik

10.08.2018

İran Prezidenti Həsən Ruhaninin xüsusi nümayəndəsi Mahmud Vaizinin Ankarada keçirdiyi görüşlərlə bağlı məlumat yayılıb.
"Dövran Media" İRNA-ya istinadən xəbər verir ki, Tehran lirənin günü-gündən dəyərini itirməsi ilə bağlı Ankaraya həmrəylik mesajı verib.
Vaizi Türkiyədə keçirdiyi görüşlərdə ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi sanksiyaları müzakirə edib. Ərdoğanla görüşən Vaizi Ruhaninin mesajını Türkiyə liderinə çatdırıb.
Ruhaninin Ərdoğana "Trampı etdiklərinə peşman edənə qədər dirənəcəyik" mesajı da çatdırılıb. Ərdoğan da öz növbəsində çatdırılan mesajdan məmnun qaldığını, İranla əməkdaşlığı davam etdirəcəklərini söyləyib.
Ərdoğan Vaiziyə yaxın vaxtda Ruhani ilə görüşmək istədiyini bildirib.
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu da İrana ABŞ-ın sanksiyalarını tətbiq etməyəcəklərini bildirib.
Qeyd edək ki, ötən gün Vaizinin Ərdoğanla görüş üçün Ankarada olduğu barədə məlumat vermişdik.