06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanın Qazaxıstandakı yeni səfiri kimdir?

17.07.2021

 Prezident İlham Əliyev iyulun 16-da imzaladığı sərəncamlarla Azərbaycanın Qazaxıstan Respublikasındakı səfiri dəyişib.

Ölkə başçısının sərəncamı ilə Rəşad Məmmədov Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı səfiri vəzifəsindən geri çağırılıb.

Digər sərəncamla Ağalar Rahim oğlu Atamoğlanov Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Bəs yeni səfir kimdir?

Modern.az saytına verilən məlumatda Ağalar Atamoğlanovun əslən Quba rayonundan olduğu bildirilib. Onun uzun illərdir diplomatiya sahəsində çalışdığı qeyd olunur.

A.Atamoğlanov əvəllər Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsində də işləyib.

2001-ci ildə isə Azərbaycanın Türkiyədəki səfirliyində çalışıb.

Son təyinata qədər isə A.Atamoğlanov Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirinin müşaviri vəzifəsini tutub.