06 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Talibanın 284 silahlısı zərərsizləşdirildi

17.07.2021

 İyulun 16-da gecə saatlarında gedən döyüşlər nəticəsində Talibanın 284 silahlısı ölüb, 205-i yaralanıb.

DM xəbər verir ki, bunu Əfqanıstan Müdafiə Nazirliyi elan edib.

Bildirilib ki, "Taliban” silahlıları Nanqarhar, Qəznə, Host, Maydan Vardak, Qəndəhar, Cuzcan, Sarı-Pol, Samanqan, Bəlx, Gilmend, Tahat və Kabul əyalətlərində gedən döyüşlərdə öldürülüb.

Məlumata görə, 15 müxtəlif tip mina zərərsizləşdirilib . Müdafiə Nazirliyinin mətbuat katibi Favad Amanın sözlərinə görə, Şeyx Əli rayonunun mərkəzi, Pərvan əyalətinin Şinvari rayonu qruplaşma silahlılarından azad edilib.