06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Zəngəzurda Paşinyanın yolunu bağlayanlar işdən ÇIXARILDI

17.07.2021

 Zəngəzur mis-molibden kombinatında 40 nəfər işdən çıxarılıb.

DM xəbər verir ki, bu barədə Ermənistanın "Aravot” qəzeti məlumat yayıb.

Bildirilir ki, 40 nəfərin işdən çıxarılması haqda əmri kombinatın direktoru Paraq Yohannes Bxat verib.

Çıxarılanlar arasında sex rəisləri, təhlükəsizlik departamentinin müdiri, işçiləri, energetiklər, direktorun müaşvirləri və köməkçiləri, direktorlar şurasının sədrinin müşaviri Qarnik Kazaryan da var. Qəzetin bildirdiyinə görə, işdən qovulanlar əsasən vilayətin keçmiş qubernatoru və sabiq direktorun dostları və tanışlarıdır. Hazırda isə kombinatın direktorlar şurasının üzvü, "Ermənistan” seçki blokundan deputatlığa namizəd Vaqe Akopyandır.

Qəzet xatırladır ki, işdən çıxarılanlar digər əməkdaşlara Nikol Paşinyana səs verməmələri üçün təsir göstəriblər və Paşinyanın bölgəyə səfəri zamanı da yolu bağlayıblar.

Kombinatın direktoru Perç Xaçatryan kombinatda istintaq tədbirləri aparıldığından məlumatı şərh edə bilməyəcəyini deyib.