01 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıdan Naxçıvana avtobus biletlərinin qiymətləri

16.07.2021

 Bakıdan Naxçıvana və geriyə avtobuslar ilkin olaraq ancaq səhər saatlarında işləyəcək.

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən verilən məlumata görə, sərnişinlər bu gündən sabah saat 09:00 reysinə, eləcə də növbəti günlərə bilet əldə edə bilərlər. Biletin qiyməti 30 manat, 5-10 yaş arası uşaqlar üçün isə 50% güzəşt olmaqla 15 manat təşkil edir.

Biletləri Avtovağzalın kassalarından, eləcə də internet üzərindən avtovagzal.az saytı vasitəsi ilə onlayn almaq mümkündür.

Reyslər yüksək komfortlu, geniş salona malik, sərin, Avropa standartlarına cavab verən müasir tipli avtobuslarla həyata keçiriləcək.

Gömrük keçid məntəqəsində sərnişinlərdən COVİD-19 testi götürüləcək. Bu testlər Azərbaycan vətəndaşları üçün pulsuzdur.