28 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

2 800 illik öpüş

16.07.2021

 1972-ci ildə Pensilvaniyadan olan ekspedisiya Cənubi Azərbaycanda yerləşən Həsənli Təpəsində arxeoloji qazıntılar aparıb.

DM xəbər verir ki, Robert Daysonun rəhbərlik etdiyi qrup, bir-birinə sarılmış iki insan skeletinin qalıqlarını aşkarlayıb. 

Daha sonra məlum hadisə "Həsənli Sevgililəri" və ya "2800 illik öpüş" adları ilə məşhurlaşıb. 

Arxeoloqlar hesab edir ki, bu ərazidə hansısa yaşayış məskəni olub. Sözügedən məkanda müharibə baş verib. Həmin cütlük, edilən hücum zamanı ölməmək və ya əsir düşməmək üçün taxıl anbarındakı iri bir qutunun içində gizlənib. Lakin hücum edənlər ərazini yandırdığı üçün, onların hər ikisi bir-birinə sarılaraq həlak olub.