28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Delta ştammına yoluxanlarda hansı əlamətlər olur?

16.07.2021

"Delta ştammına yoluxan şəxslərdə xəstəlik özünü 3-5 gün ərzində büruzə verir”.

Bunu "ARB 24”ün "İşgüzar səhər” verilişinə açıqlamasında həkim Aqil Axundov deyib. O bildirib ki, "Delta” ştammına yoluxan şəxslərdə daha çox burun axması müşahidə olunur:

"Əgər 100 min adam koronavirusa yoluxubsa, onların hamısında "Delta” ştammının olub-olmamasını müəyyənləşdirməyin mənası yoxdur. Çünki bu ştamm ölkədə aşkarlanıbsa, demək müraciət edənlərin böyük əksəriyyətində "Delta” ştammıdır. Bu ştamma qat-qat yumşalmış vəziyyətdə rast gəlinir. Gözdən yaş axır, dad və iybilmə çox az hallarda itir. Noyabr-dekabrda müşahidə etidiyimizdən fərqli olan isə daha çox burun axması və boğaz ağrısıdır. Qızdırma isə 37.4-37.5 dərəcə arasında olur. Müəyyən qədər ishal prosesi də olur və xəstəliyin özünü büruzə vermək müddəti iki dəfə qısalıb. Əgər adi koronavirusa yoluxma 2-21 gün ərzində müşahidə olunurdusa, bu ştamm 3-5 gün ərzində özünü göstərir və yeddi dəfə daha sürətli yayılır. Lakin artıq dünyanın bir çox ölkəsində vaksinasiya tətbiq olunub. Onun necə yayılacağı böyük sual altındadır”.