28 04 2024-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Meqan Markldan güclü qadınlar haqqında maraqlı addım

16.07.2021

 Sasseks hersoqiniyası Meqan Markl tarixdən gələn nüfuzlu qadınların nümunəsindən ilham alaraq, 12 yaşlı qızın sərgüzəştləri haqqında çoxseriyalı cizgi filminə prodüsserlik edəcək.

Bu barədə "Daily Mail” xəbər yayıb.

Cizgi filmi "Netflix” platformasında yayımlanacaq.

Aktrisa ilə birlikdə rejissor David Furniş də layihənin yaradıcı və icraçı prodüseri olacaq.

Furnişin sözlərinə görə, cizgi serialı fantaziya və hekayəni birləşdirəcək. Süjet həyatın gündəlik çətinliklərini aşmağa çalışan 12 yaşlı qızın sərgüzəştləri barədədir.

Güclü qadınlar arasında Şahzadə Harrinin anası mərhum Şahzadə Diananın olub-olmadığı hələ məlum deyil.

Qeyd edək ki, D.Ferniş Şahzadə Diananın yaxın dostu olub.