02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ATGTİ-nin növbəti uğurlu layihəsi başa çatıb

15.07.2021

 "Artıq ikinci ildir ki, Azərbaycan Tibb Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) və ATU rəhbərliyinin dəstəyilə "Rezidenturaya birlikdə hazırlaşaq” layihəsi keçirilir. Layihənin nəticələri bu təşəbbüsün nə dərəcədə önəmli olduğunu göstərir”.

Bu fikirləri ATU-nun rektoru professor Gəray Gəraybəyli layihənin təşkilatçıları və icraçıları ilə  görüşdə səsləndirib.

G.Gəraybəyli qeyd edib ki, ATU-nun tələbə və məzunları ali tibb təhsili pilləsini başa vurduqdan sonra ixtisaslı həkim olmaq üçün rezidentura imtahanında iştirak etməlidirlər:

"Pandemiyanın yaratdığı çətinliklər fonunda tələbə və məzunlarımızın imtahana hazırlıq prosesinə dəstək olmaq məqsədi ilə tam ödənişsiz formada silsilə onlayn görüşlərin təşkil olunmasına start verildi. Və imtahan mərkəzinin hesabatından da rezidenturanın ilk pilləsini müvəffəqiyyətlə keçənlərin sayının çox olduğunu gördük. Bu, layihənin uğurunun göstəricisidir”.

ATU TGT-nin daim aktiv fəaliyyətdə olduğunu vurğulayan rektor onu da qeyd edib ki, bu cür yararlı təkliflərin reallaşdırılmasına daim ehtiyac olduğunu da bildirib. G.Gəraybəyli bu layihədə təmənnasız olaraq tələbələrə yardımın əsirgəməyən müəllimlərə də təşəkkür edib:

"Layihə vebinar keçənlər arasında fakültə dekanı, kafedra müdiri olanlar da var. Gərgin iş qrafikinə baxmayaraq, bu layihəyə vaxt ayırdığınız üçün təşəkkür edirik. Bu, əsl müəllim mövqeyidir”.

Daha sonra ATGTİ-nin sədri Pərviz Mirələmli çıxış edərək layihənin iki il ərzində göstəriciləri barədə məlumat verdi. Qeyd olundu ki, layihənin ikinci ilində təşkil olunan görüşlərində ümumilikdə 1000 nəfərdən çox tələbə və məzun birbaşa iştirak edib, 7 mindən çox şəxs isə canlı yayımları sosial şəbəkələr üzərindən izləmək şansı qazanıb. Onlayn görüşlər zamanı izah olunan mövzular imtahanı əhatə edib və iştirakçıların imtahanda daha yaxşı nəticə göstərməsinə faydalı olub. P.Mirələmli bu layihənin ATGTİ ilə ali təhsil müəssisələri arasında səmərəli əməkdaşlığın ən gözəl nümunələrindən biri olduğunu vurğulayıb.

Sonda layihədə aktiv şəkildə iştirak edən, mövzuları izah edən, iştirakçıların suallarını hərtərəfli şəkildə cavablandıran müəllim ekspertlərə təşəkkürnamələr təqdim olunub. Onlar arasında normal fiziologiya kafedrasından dosent Aqil Əliyev, Patoloji fiziologiya kafedrasından - dosent Sərdar Əliyev, Patoloji anatomiya – kafedranın tədris hissə müdiri, dosent Müşfiq Orucov, dosent İlahə Kərimova, dosent Rasim Niftalıyev,  Histologiya, Embriologiya və sitologiya  kafedrasının müdiri, professor Eldar Qasımov, Farmakologiya-əczaçılıq fakültəsinin dekanı, dosent Kamandar Yaqubov, dosent Svetlana Babayeva, Tibbi mikrobiologiya və immunologiya kafedrasından professor Nigar Ağayeva və Bioloji kimya kafedrasının müdiri, professor Gülnarə Əzizova var.

Görüşdə, həmçinin, ATU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Zülfüqar Musabəyov, TGT sədri, ATGTİ-nin sədr müavini Rauf Vəliyev, mətbuat xidmətinin rəhbəri Günel Aslanova da iştirak edib.