02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İran prezidenti İlham Əliyevi təbrik etdi

15.07.2021

 İranın yeni seçilmiş prezidenti Seyid İbrahim Rəisi işğal olunmuş ərazilərin azad edilərək Azərbaycanın öz milli hakimiyyətini bu ərazilərdə bərpa etməsi və dövlət sərhədlərinə nəzarətin təmin olunması münasibətilə Azərbaycan Prezident İlham Əliyevi təbrik edib. 

DM xəbər verir ki, bununla bağlı İranın Azərbaycandakı Səfirliyi "Twitter” hesabında paylaşım edib. 

Seyid İbrahim Rəisi bildirib ki, iki dost, qardaş və qonşu ölkənin əlaqələri xalqlarımızım qardaşlıq bağlarına, ortaq mədəniyyətinə və tarixinə söykənir.

İranın yeni seçilmiş prezidentinin sözlərinə görə, yeni fürsətlərdən faydalanaraq və məsləhətləşmə yolu ilə əməkdaşlıq yüksələn templə inkişaf edəcək, bölgədə sabitliyin və əmin-amanlığın möhkəmlənməsinə öz töhfəsini verəcək.