30 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İmtahan qaydalarını pozan müəllim cəzalandırılacaq

14.07.2021

 Gəncə şəhər 16 nömrəli tam orta məktəbdə iyul ayının 13-də saat 09:00 seansında riyaziyyat fənni üzrə keçirilən müəllimlərin işə qəbulu imtahanında namizədlərdən birinin sualları imtahan zalından çıxarmağa cəhd göstərdiyi müəyyən olunub.

Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzindən verilən məlumata görə, aparılan videomüşahidə nəticəsində namizədin Göygöl rayonu Qırıxlı kənd tam orta məktəbin riyaziyyat müəllimi Gülnar İmranova olduğu müəyyənləşdirilib və onun imtahan nəticəsi ləğv olunub. Həmin müəllim barəsində müvafiq cəza tədbiri görüləcək.

Qeyd olunub ki, imtahan rəhbəri Gəncə şəhər 37 nömrəli tam orta məktəbin direktoru Nail İmranov və məsul nəzarətçi şəxs imtahan mərkəzindən kənarlaşdırılıb və onlar barəsində də müvafiq cəza tədbirləri görüləcək.