30 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Nazir Vətən müharibəsi iştirakçısına yeni rütbə verdi

14.07.2021

 Azərbaycanlı döyüş samboçusu, MMA idmançısı Bəxtiyar Abbasova polis kapitanı rütbəsi verilib. 

DM-in xəbərinə görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən Sabunçu Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin Baş əməliyyat müvəkkili işləyən B.Abbasova bu rütbə vaxtından əvvəl təqdim olunub. 

Səbəb onun Vətən müharibəsinin ilk günlərindən sonadək döyüşlərdə iştirakıdır. Abbasov polis zabiti olsa da, sentyabrın 29-dan könüllü şəkildə Füzuli, Cəbrayıl, Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib. 

Qeyd edək ki, Bəxtiyar Abbasov 2008-ci ildə ölkə başçısı İlham Əliyev tərəfindən "Vətən uğrunda" medalı, 2016-cı ildə isə fəxri fərmanla təltif olunub.