05 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu vaksinlər qarışdırılıb vurula bilər

14.07.2021

 Taylandlı viroloq AstraZeneca və Sinovac adlı koronavirus peyvəndlərinin dozalarını qarışdırmağın mümkün olduğu planı deyib.

DM xəbər verir ki, iki növün qarışdırılması ilə bağlı xüsusi olaraq heç bir araşdırma aparılmayıb. Lakin Viyetnamda edilən sınağa görə, hər iki vaksinin qarışdırılıb vurulması daha effektiv nəticə verib və getdikcə çoxalan ölümlərin qarşısını qismən alıb.  

Səhiyyə Nazirliyinin mətbuat konfransında bildirilib ki, Taylandda 1200 insan Sinovac-AstraZeneca kombinasiyasını qəbul edib. Bundan sonra virusoloq Yonq Povoravan "Heç bir ciddi yan təsirin olmadı, bu da real istifadə üçün təhlükəsiz olduğunu göstərir"-deyə qeyd edib. 

Lakin bəzi mütəxəssislər bunu riskli hesab edir. 

Bir çox insan isə "Biz laboratoriya siçanı deyilik", "Bu, insanların həyatı ilə oynamaq kimidir"-deyə etiraz ediblər. 

Qeyd edək ki, Çin istehsalı olan Sinovac peyvəndi vaksinlər arasında ən təhlükəlisi sayılır.