05 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İsraildə koronavirusla bağlı karantin müddəti qısaldıldı

14.07.2021

 İsrailin Koronavirusla mübarizə kabineti neqativ test nəticələrinə malik şəxslər üçün karantin müddətinin 7 günədək azaldılması qərarını təsdiqləyib.

DM xəbər verir ki, bu barədə İsrail hökuməti dəftərxanasının rəhbəri məlumat verib.

"Karantin müddətinin qısaldılması dedikdə 7-ci gün test verdikdən və neqativ nəticə aldıqdan sonra karantindən azad edilmə nəzərdə tutulur. Eyni zamanda, karantin qaydalarını pozan şəxslərə qarşı ehtiyat tədbirləri gücləndiriləcəkdir”, - məlumatda deyilir.

Bununla maska taxılması, həmçinin vaksinləmə və böyük tədbirlər zamanı ehtiyat tədbirlərinə riayət məsələlərinə nəzarəti gücləndirmək barədə qərar qəbul olunub.