Ata Abdullayevin həbs müddəti uzadıldı 
    
                          
     
                         13.07.2021
 
    
                         Səbail rayon Məhkəməsində Ata Abdullayevin barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanın təqdimatına baxılıb.
Məhkəmə istintaq orqanı təqdimatı təmin edib, A. Abdullayev barəsində həbs qətimkan tədbirinin müddəti daha üç ay uzadılıb.
Qeyd edək ki, A. Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin mart ayında saxlanılıb.
O, hədə-qorxu ilə pul tələb etməkdə ittiham edilib. Barəsində Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.